İşin təsviri
İşiniz nədən ibarətdir?
- Xarici və daxili müştərilərdən daxil olan zənglərin 24/7 cavablandırılması;
- Bankın xidmətləri, məhsulları və tarifləri barədə müştərilərin məlumatlandırılması;
- Daxil olan zənglər və sorğular əsasında bankda istifadə olunan müxtəlif proqram təminatları vasitəsilə əməliyyatların icra edilməsi;
- Hər hansı şikayət, təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olduqda qeydiyyatının düzgün kateqoriyalar üzrə aparılması, sorğunun qeydiyyatı “açıq” statusunda olarkən izlənilməsi və müştərilərə vaxtında cavabların təqdim edilməsi;
- Xüsusi məhsullarla bağlı satış məqsədilə məsləhət xidmətinin təqdim edilməsi;
- Qeyri-iş saatlarında şübhəli əməliyyatların idarəedilməsi;
- Qeyri-iş saatlarında və bayram günlərində KOS və Korporativ müştərilərə dəstək göstərilməsi;
- Müxtəlif kanallar vasitəsilə (müştərilər üçün nəzərdə tutulmuş imeyl ünvanı, sosial şəbəkələrdən daxil olan sorğular və s.) daxil olan müştərilərin və bank əməkdaşlarının sorğularının idarəedilməsi;
- Bankın bütün strukturlarına dəstəyin göstərilməsi, daxil olan sorğuların araşdırılması , gedən zənglər, sorğular, fırıldaqçılıq əməliyyatlarının yoxlanılması;
- Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi;
- Müvafiq proqram vasitəsilə müştəri sorğularının təyin edilmiş vaxt çərçivəsində icra edilməsi;
- Məhsul, xidmət və kampaniyalar barədə məlumatların bankın “Məlumat Mərkəzi” (FAQ) vasitəsilə gündəlik əsasda mənimsənilməsi;
- Müvafiq proqram vasitəsi ilə real vaxt rejimində bankın məhsul və xidmətlərində yaranan ümumi problemlərin nəzarəti və müştərilərin məlumatlandırması;
- Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Müvafiq sahədə minimum 0-1 il
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office (excel, world)
- Məhsul üzrə biliklər: Daxili siyasət və proseslər, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, qeyri-kredit bankçılıq xidmətləri, fərdi bankçılıq məhsulları, korporativ bankçılıq məhsulları
- Digər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Fərdi Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.