Satış təmsilçisi

İşin təsviri

Namizədə Tələblər:

  • Orta və ya orta ixtisas təhsili;
  • Minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dili, Rus dili, İngilis dili (arzuolunandır);
  • Qida sənayesində, pərakəndə satış üzrə təcrübə;
  • MS office üzrə biliklər;
  • Yüksək səviyyədə ünsiyyət bacarıqları, müştərilərlə düzgün davranış qaydaları, komanda ilə işləmə bacarığı.

Vəzifə üzrə öhdəliklər:

  • Çalışdığı pərakəndə satış məntəqəsinin məhsullarının satışının artırılmasına vəzifə öhdəlikləri daxilində yardımçı olmaq;
  • Məsul olduğu mağazada satılan məhsullar barədə bilikli olmaq;
  • Müştərilərin məhsullar barədə hər növ suallarını dəqiq, düzgün və vaxtında cavablandırmaq;
  • Müştərilər tərəfindən gələn tələb, təklif və şikayətləri yerində qəbul etmək və ya məsul şəxslərə yönləndirmək;
  • Malların rəflərdəki yerinin standartlara, təyin edilmiş qiymətlərə uyğunluğunu və istifadə müddətinin artma sırasına (FİFO) mütənasib düzülüşünü təmin etmək;
  • Zədələnmiş, yararsız, texniki göstəriciləri silinmiş və ya istifadə müddəti bitmiş məhsullar aşkar etmək və onları rəflərdən qaldırmaq və ya məsul şəxsi məlumatlandırmaq; 
  • Oğurluq hallarına qarşı ayıq olmaq və mağaza daxilində hər hansı şübhəli hərəkət barədə şirkətin təhlükəsizlik xidməti əməkdaşlarına məlumat vermək;
  • Anbardan mağaza göndərilən məhsulları SƏTƏM qaydaları çərçivəsində təhlükəsiz şəkildə satış ərazisinə gətirmək;
  • İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək və avadanlıqları texniki istifadə qaydalarına uyğun istifadə etmək; 
  • Müstəsna xidmət göstərmək məqsədilə daim səliqəli, şirkət tərəfindən verilmiş uniformada (təmin olunmadıqda ağ-qara geyimli formada) olmaq, müştərilərə təlimata uyğun gülərüz, yardımsevər, nəzakətlə yanaşmaq və yola salmaq; 
  • Müştərilərə kassada xidmət göstərmək;
  • Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək,  nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;
  • Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğunsuzluqlar barədə məsul şəxslərə məlumat vermək.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 6 günlük
  • İş yeri: Bakı şəhəri (Baku Caviar Boutique)

Vakansiyaya müraciət üçün CV-ləri “Satış təmsilçisi” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

Email: [email protected]

site.company_rating