Keyfiyyətə nəzarət üzrə Rəhbər

İşin təsviri

Namizədə tələblər:

  • İş stajı: rəhbər vəzifədə ən azı 3-5 il.
  • Ali təhsil: müvafiq sahə üzrə (qida təhlükəsizliyi üzrə arzuolunandır).
  • Sertifikat: İSO 9001:2015, İSO 22000:2010, İSO 10002:2018 və İSO 17025 standartının şərtlərini bilməli, bu sahədə təlim almış olmalıdır.
  • Təcrübə: Heyvan mənşəli Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət üzrə təcrübənin olması mütləqdir.
  • Müəssisə Buzovna qəsəbəsində yerləşir. 

Vəzifə öhdəlikləri:

  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması
  • Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi
  • Hazır məhsullarda müxtəlif maddələrin təsbitinin, nəticələrinin standartlarla müqayisə edilməsi
  • Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili
  • İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması;
  • Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
  • Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;
  • İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək.

Əmək haqqı: təcrübədən asılı olaraq müsahibə zamanı müəyyən ediləcəkdir.

İş qrafiki: 6 günlük.

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servislə işə çatdırılma var.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.

Email: [email protected]

Azprotein Foods Group tərəfindən digər vakansiyalar