Marketinq üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əsas vəzifə öhdəlikləri
  • Şirkətin yeni və mövcud layihələr üzrə marketinq və satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul, xidmətlərin reklamının təşkil edilməsi;
  • Yerli və Xarici bazarın araşdırılması;
  • Rəqəmsal Marketinq üzrə kampaniyaların hazırlanması;
  • Şirkətin mövcud marketinq kampaniyalarının daima nəzarətdə saxlanılması və gedişat barədə rəhbərliyin məlumatlandırılması;
  • İstifadə edilən rəqəmsal satış və reklam kanallarının effektivliyinin artırılması istiqamətində işlərin görülməsi;
  • Müxtəlif testlərin və sorğuların keçirilməsi;
  • Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
  • Sosial şəbəkələrdə və web səhifəmizdə carı aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və səhifələrin idarəolunmasına dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması;
  • Mövcud və gələcək məhsullarla əlaqədar daxili və xarici bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Potensial müştəriləri şirkətin məhsul və xidmətləri haqqında məlumatlandırılması.

Səlahiyyətləri:

  • Fəaliyyətinə aid olan istənilən məlumatı tam və məhdudiyyətsiz əldə edir (Cəmiyyət tərəfindən, habelə departament (filial) direktoru tərəfindən tanışlığa qadağa qoyulan məlumatlardan başqa);
  • Əmək müqaviləsi, Şirkətın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər şirkətdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirir;

Məsuliyyətləri:

  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ona məlum olan konfidensial məlumatları gizli saxlamaq;
  • Fəaliyyəti ilə bağlı tələb edilən hesabatları vaxtında hazırlamaq və təqdim etmək;

Tələblər:

  • Təhsil: Ali
  • Təcrübə: 2 il
  • Dil bilikləri:
  • Azərbaycan və İngilis dili – Səlis ünsiyyət bacarığı; Rus dili bilgisi üstünlükdür.
  • Texniki biliklər:
  • Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • MS Office proqramları.

Səriştə və bacarıqlar:

  • Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
  • Sərbəst araşdırmalar etməyi bacarmalı.
  • Analitik zəka,insanlarla işləmək qabiliyyəti;
  • Ünsiyyətcil,məsuliyyətli,təşəbbüskar;

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/marketinq-uzre-mutexessis?sources=jobsearch.az