İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Təklif olunan maddi-texniki resursların keyfiyyətinə, qiymətinə, çatdırma müddətinə və əlverişli satınalma şərtlərinə əsaslanaraq təchizatçıları axtarır.
- Təchizatçılarla münasibətləri inkişaf etdirir, onların istehsal və maliyyə imkanlarını təhlil edir, maddi-texniki resursların satınalması ilə bağlı bilavasitə uzunmüddətli təsərrüfat əlaqələrinin yaradılmasının mümkünlüyünü və məqsədəuyğunluğunu öyrənir.
- Müqavilənin bağlanması üçün tələb olunan sənədləri hazırlayır və onlarda düzəlişlər aparır.
- Sifarişləri yerləşdirmək və çatdırılma müddətlərini və şərtlərini razılaşdırmaq üçün təchizatçılarla danışıqlar aparır.
- Təchizatçılarla müqavilələri tətbiq edir.
- Yeni təchizatçıların axtarışı, təchizatçılarla iş sxeminin dəyişdirilməsi barədə qərarların qəbul edilməsi üçün qüvvədə olan müqavilələrin şərtlərini təchizatçıların öz öhdəliklərini yerinə yetirməsi keyfiyyəti baxımından vaxtaşırı olaraq qiymətləndirir.
- Bahalı maddi-texniki resursların qiymət və əldəetmə imkanlarına görə daha ucuz və əlverişli olan, eyni zamanda keyfiyyət üzrə tələblərə dəqiq cavab verən resurslarla əvəz olunması barədə təkliflər hazırlayır.
Namizədə tələblər:
- Ali təhsil;
- 3 ildən artıq peşəkar iş təcrübəsi;
- İstehsalat müəssisələrində (zavod, fabrik) iş təcrübəsi mütləqdir;
- Azərbaycan, rus və ingilis dillərində səlist danışıq və yazışma;
- Dəqiq, məsuliyyətli və tapşırıqların vaxtlı-vaxtında icrası.
İş şəraiti:
- İş yeri – Bakı şəhəri
- İş saatları – 08:00-17:00 və ya 09:00-18:00, bir saat nahar fasiləsi
- Nahar şirkət tərəfindən təmin edilir
- İstirahət günləri – Şənbə və bazar
- Əmək haqqı –Yüksəkdir
- Şirkət iş dünyasında tanınmış şirkətdir
- AR ƏM ilə rəsmiləşdirilmə
- İş şəraiti yüksək səviyyədədir.
Maraqlanan şəxslər mövzu yerində “Satınalma üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına CV göndərə bilərlər.
Email: [email protected]