Planlama üzrə mütəxəssis

  • Debet Safety
  • Elanın qoyulma tarixi: 03.07.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə üzrə tələblər:

  • Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq planlaşdırmanı həyata keçirmək
  • Qəbul olunmuş sifarişləri tikiləcək modellərə uyğun şəkildə çeşidləmək
  • Çeşidləmə əsasında hər bir sexə (tikiş sexi, biçmə sexi, simvolika və yazı sexi) və konstruktorlaşdırma və modelləşdirmə şöbəsinə müvafiq tapşırıqlar vermək
  • Sifarişə uyğun məhsulun hazırlanması (tikilməsi) üçün konveyer, fərdi və eksperimental tikiş qrupları arasında düzgün bölüşdürmə aparmaq (elə etmək lazımdır ki, vaxt itkisi yaranmasın)
  • Məhsulun istehsalı üçün lazım olan materialların anbardan təhvil alınmasına nəzarət etmək və bu işi sənədləşdirmək
  • Bu tapşırıqlar yerinə yetirildikdən sonra istifadə olunmuş materiallar haqqında hesabat almaq
  • Alınmış hesabatları dərhal (faktiki alınma vaxtı ilə) 1 C sistemində sənədləşdirmək
  • Hazırlanmış məhsulların sifarişçiyə təhvil verilməsi üçün onların göndərilmə ardıcıllığını müəyyənləşdirmək
  • Hazırlanmış məhsullar haqqında Marketinq və satış şöbəsinə xəbər vermək.
  • Sifarişin təhvil verilməsinə qədər olan proseslərə nəzarət etmək

Namizədə olan tələblər:

  • Ali təhsil üstünlükdür.
  • Yaş həddi: 22-35 yaş
  • iş təcrübəsi; 1 il
  • Kollektivdə işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili və rus dili
  •  Yaxşı səviyyədə kompüter bacarıqları
  • Ofis avadanlıqları ilə işləmək bacarığı;
  • Rəqəm və təhlillərlə rahat işləmək qabiliyyəti

İş şəraiti:

  • Nahar və servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri dönməklə ) şirkət tərəfindən təşkil olunur,
  • 5 günlük iş həftəsi ( 08:00 – 17:00)
  • AR qanunvericiliyə uyğun rəsmiləşdirilməsi,

Vakansiyaya müraciət üçün CV-nizi “Planlama üzrə metəxəssis”  mövzusu ilə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.