Monitorinq əməkdaşı

İşin təsviri

Namizədə dair tələblər: 

  • Təhsil: Ali təhsil  
  • Kompüter bilikləri: MS Office 
  • Yaş: 40 yaşa qədər; 
  • Şəxsi avtomobil mütləqdir 
  • Ezamiyyətə hazır olmalı 

Vəzifə öhdəlikləri:  

  • Plan üzrə bölünmüş ərazilərdə yerləşən mağazaları mütəmadi olaraq operativ yoxlayır 
  • Mağaza əməkdaşları tərəfindən törədilən hər hansı neqativ halları aşkarlayaraq, birbaşa rəhbərinin təlimatı üzrə tədbir görür 
  • Müşahidə kamerası vasitəsi ilə filialda baş verən bütün prosesləri izləyir (inkassasiya və kassa əməliyyatları, mal qəbulu, digər icra olunmalı tədbirlər və s.) 
  • Təhkim olunmuş mağazalarda “check list” aparır  
  • Ümumi təhlükəsizliyin təmin olunması məqsədilə mağazalarda müşahidə kameralarının görüntülərində aşkar olunmuş kor nöqtələri barədə aidiyyatı struktura məlumat verir 
  • Struktur rəhbəri və birbaşa rəhbəri tərəfindən verilmiş yazılı həmçinin şifahi təlimatları xidmət etdiyi obyektlərdə operativ tətbiq edir 
  • Korporativ prosedurlar çərçivəsində rəhbərlik tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra edir. 

Əlavə təminatlar:  

  • Korporativ nömrə; 
  • Nahar; 
  • Yanacaq xərci; 

İş qrafiki: 

  • İş saatları 09:00 – 18:00; 
  • Nahar fasiləsi: 13:00-14:00 
  • Şənbə və Bazar istirahət günü. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Monitorinq əməkdaşı" yazaraq [email protected] ünvanına göndərmələri və ya formu (https://hr.oba.az/vakansiyalar/monitorinq-emekdasi) doldurmaları xahiş olunur. 

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

site.company_rating