.
Əsas vəzifə və öhdəlikləri:
1. İnzibati işlər üzrə:
1.1 Təşkilatın Baş ofisinin avadanlıq, inventar, material və ləvazimatlarla təchiz edir;
1.2 Alınmış qiymətlilərin saxlanmasının, uçotunun təmin edilməsi və tələbat üzrə təşkilatın işçilərinə paylanmasını təşkil edir;
1.3 Təşkilatın avtomobil təsərrüfatının işini təşkil edir;
1.4 Təşkilatdaxili və təşkilatxarici telefon və digər telekommunikasiya şəbəkələrinin və sistemlərinin fasiləsiz iş rejimini təşkil edir;
1.5 Mədəni-kütləvi və digər tədbirlərin hazırlanması və keçirilməsində təşkilati və texniki yardım göstərir;
1.6 Təşkilatın Baş ofisinin su, istilik və elektrik enerjisi ilə fasiləsiz təminatını təşkil edir;
1.7 Təşkilatın Baş ofisinin sistem və qurğularının işinə nəzarət, onlara baxımın, servis xidmətinin və təmir işlərini təşkil edir edir;
1.8 Təşkilatın bütün ofislərində arxiv işinin təşkil edərək aparır;
1.9 Ştat cədvəlində nəzərdə tutulmayan mütəxəssislərin xidmətinə ehtiyac olduqda onların müvafiq qaydada işə cəlb edilib xidmətlərindən istifadəni təşkil edir;
1.10 Təşkilatda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün lazımi tədbirləri həyata keçirir;
1.11 Təşkilatın binalarının və avtomobil təsərrüfatının qış mövsümünə hazırlığını təşkil edir;
1.12 Təşkilatın rəhbərliyinin və digər struktur bölmələrinin fəaliyyəti zamanı ortaya çıxan və Departamentin mütəxəssislərinin vəzifə səlahiyyətinə aid olan məsələlər barəsində mütəxəssis rəyini verir;
1.13 Təşkilatın bağladığı təsərrüfat müqavilələrinin yerinə yetirilməsini təmin edir;
1.14 Təşkilatın fəaliyyətinin səmərələşdirilməsi, əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi üçün onun maddi-texniki bazasının təkmilləşdirilməsi haqqında təşkilatın rəhbərliyinə təkliflər verir;
1.15 Departamentin səlahiyyətinə aid olan təşkilatın əmr, qərar və sərəncamların hazırlanmasında təşəbbüs göstərir və bilavasitə iştirak edir;
1.16 Təşkilatın bütün ofislərində kargüzarlıq işini təşkili edir;
1.17 Departamentə daxil olan məktub, şikayət və ərizələrə baxılması və müvafiq tədbirlərin görülməsi, inzibati və təsərrüfatçılıq sahəsində təşkilatın rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.
2. Satınalmalar istiqaməti
2.1 Təşkilatın struktur bölmələrinin fəaliyyəti üçün lazım olan avadanlıqlara, texnikaya, mal və materiallara olan tələbatının ödənilməsinə inzibati dəstək göstərir;
2.2 Təşkilatın Satınalmalar komissiyasının qərarlarının icrasını təmin edir;
2.3 Bağlanmış müqavilələr əsasında avadanlıqların, texniki vəsaitlərin, mal və materialların alınmasını təşkil edir, onların anbarda saxlanmasını, uçotunu, tələbat üzrə sifarişçilərə çatdırılmasını həyata keçirir;
2.4 Departamentin funksiyaları daxilində öz fəaliyyətinə aid olan digər işləri yerinə yetirir.
2.5 Qarşıdakı il üçün taktiki iş planının və büdcə planının hazırlanmasında iştirak edir.
3. Ümumi işlər və kargüzarlıq istiqaməti
3.1 Təşkilatın bütün ofislərində kargüzarlıq işini həyata keçirir;
3.2 Dövlət orqanlarından təşkilata daxil olan fərman, qərar və sərəncamların qeydiyyatını və uçotunu, onların rəhbərliyə və departamentlərə çatdırılmasını təmin edir;
3.3 Təşkilatın daxilində və xaricində zəruri sənədlərin saxlanılmasını, çatdırılmasını və daşınmasını təşkil edir;
3.4 Təşkilata daxil olmuş, habelə icrası zəruri olan sənədlərin icra olunmasına uçot-nəzarət işini təşkil edir;
3.5 Fəaliyyət istiqamətinə aid olan təşkilatın əmr və sərəncamlarının hazırlanmasında iştirak edir və onların qeydiyyatını təşkil edir;
3.6 Qanunvericiliyə müvafiq qaydada təşkilatın bütün ofislərində arxiv işini həyata keçirir;
3.7 Sənədlərin surətinin çıxarılması və çoxaldılmasını təşkil edir;
3.8 Qarşıdakı il üçün taktiki iş planının və büdcə planının hazırlanmasında iştirak edir.
3.9 Kargüzarlıq və sənəd dövriyyəsi barədə təşkilatdaxili qaydaları işləyib hazırlayır, İdarə Heyətinin təsdiqindən sonra onun icrasını təşkil edir.
3.10 Təşkilata daxil olan və təşkilatdan çıxan bütün korrespondensiyaların uçotunun aparılmasını təşkil edir.
3.11 Sənəd dövriyyəsinin təşkilatdaxili qaydalara uyğun aparılmasına nəzarət edir.
3.12 Mövcud qanunvericiliyə və təşkilatdaxili qaydalara əsasən təşkilatın arxiv işlərinin aparılması, arxiv materiallarının uçotu, saxlanılması, silinməsi, bərpası ilə işlərin həyata keçirilməsini təşkil edir.
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
• Ali təhsil (ali iqtisadi təhsili olanlara üstünlük verilir);
• Müvafiq sahədə ən azı 2 (iki) il iş təcrübəsi;
• Azərbaycan və ingilis dillərini şifahi və yazılı olaraq əla bilməli, sərbəst şəkildə ünsiyyət qurma bacarığı;
• Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
• Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, işə qəbul üzrə ərizələrini 14 fevral, 2013-ci il tarixinədək Baş ofisə təqdim etsinlər.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından əldə edə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını ərizənizdə, yaxud məktubunuzun mövzu hissəsində göstərin (İnzibati İşlər üzrə Baş Mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işəqəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected];
Faks: (+994 12) 597 48 17/18;