Marketinq üzrə mütəxəssis

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • İllik marketinq planını hazırlamaq və ona uyğun işlərini qurmaq;
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
  • Yeni müştərilər cəlb etmək, müştəri bazasını genişləndirmək;
  • Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərini hazırlamaq və təqdimatını aparmaq;
  • Göstərilən xidmətlərin irəli getməsini təhlil etmək;
  • Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparmaq;
  • Göstərilən xidmətlərə dair PR və reklam mətni hazırlamaq;
  • Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək.

Tələblər:

  • Ali təhsil; 
  • Nəqliyyat və logistika sektorunda marketinq üzrə ən azı 2-3 illik iş təcrübəsi;
  • Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
  • SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq;
  • Azərbaycan və rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
  • MS Office Power Point yüksək (Word, Excel – orta) səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.

İş şəraiti:

  • Əmək haqqı: bazar rəqabətlidir və müsahibə əsasında təyin olunacaq;
  • İş qrafiki: bazar ertəsi - cümə;
  • İş saatı: 09:00-dan 18:00-dək;
  • Ünvan: Xocalı pr.37, Dəmirçi Plaza.

 

CV-lər e-mail adresinə, mövzu yerinə vakansiyanın adı qeyd olunmaqla göndərilsin.

CV-lərin son qəbul tarixi: 20.07.2022.

Email: [email protected]

ScanEx Enterprises Limited tərəfindən digər vakansiyalar