İşin təsviri
Vəzifə Öhdəlikləri:
- Əməliyyat risklərinin idarə edilməsi komandası tərəfindən başladılan və ya bu komandaya ötürülən layihələrdə iştirak;
- Əməliyyat risklərinin idarə edilməsi istiqaməti üzrə hadisələrlə bağlı daxili sistemin tədbiqi və təkmilləşdirilməsi;
- Əməliyyat riski insidentlərinin idarə edilməsi;
- Əməliyyat riski insidentlərinin baş vermə səbəblərinin təhlil edilməsi, aradan qaldırılması istiqamətində təkliflər vermək və izləmək;
- Risk Siyasəti çərçivəsində əməliyyat risklərinin idarə edilməsi; risklərin qiymətləndirilməsi, risklərə nəzarət mexanizminin yaradılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
- Əməliyyat risklərinin şirkətdaxili monitorinq edilməsi və hesabatların hazırlanması;
- Əsas risk indikatorlarının müəyyənləşdirilməsi, tədbiqi və təhlili;
- Şirkətdaxili risk mədəniyyətinin formalaşması, qiymətləndirilməsi və bununla bağlı müvafiq proqramlarda iştirak;
- Müəyyən edilmiş əsas risk qrupları üzrə daxili alətlərin/modellərin yaradılması və daim təkmilləşdirilməsində iştirak etmək;
- Risklərin idarəedilməsi strategiyasını, risk yaradan daxili və kənar səbəbləri əks etdirən risk indikatorları və risk xəritəsinin hazırlanmasında iştirak edilməsi və onun mütəmadi olaraq nəzərdən keçirilməsi;
- Əməliyyat riskləri nöqteyi nəzərindən proses və məhsullardakı dəyişikliklərin təhlil edilməsi; yeni proses və məhsullar üçün oxşar təhlillərin aparılması;
- Əməliyyat risklərini idarə etmək, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək
- Əməliyyat riskləri üzrə dövri hesabatların hazırlanılması.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Risklərinin idarəedilməsi sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Risk, Audit ixtisaslar üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: əla
- Üstünlüklər: Magistr təhsili, Maliyyə sektorunun Əməliyyat risklərinin idarə edilməsi, Daxili Nəzarət və ya Daxili Audit sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir
- Kompüter bilikləri: MS Office: əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və problem həlletmə, planlaşdırma
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
https://pasha-life.az/about/#career