Satıcı (xanım)

  • Company
  • Elanın qoyulma tarixi: 15.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: Bonus sistemi ilə hesablanır. Minimum satışla 800 AZN

Həftədə 2 gün istirahət günü

İş saatı- 10:30- dan saat 20:00-a qədər.

Vəzifə öhdəlikləri:

  • Alıcılarla etik qaydalara riayyət etməklə ünsiyyət qurmaq;
  • Alıcıya xidmət, malın təklifi və göstərilməsi, malın dəyərinin hesablanması, kassa işlədilməsi və çekin verilməsi işini həyata keçirməlidir;
  • Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara mütləq riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək;
  • Kassa hesabatını tərtib etmək;
  • Malın alınma zamanı çeşidi, sayını, qiymətini yoxlamaq və satışa hazırlamaq;
  • Malın üzərinə qiyməti yerləşdirmək, malların rəflərə səliqəli şəkildə düzmək, rəflərin təmizliyinə nəzarət etmək;
  • İşin axırında çekləri və pulu hesablamaq və təhvil vermək, satılmayan malları yığışdırmaq.

Tələblər:

  • Yaş həddi 21-35 yaşa kimi;
  • Azərbaycan, Rus dillərində sərbəst danışan İngilis dili yaxşı səviyyədə (mütləq şərtdir);
  • Kollektivlə işləmək bacarığı;
  • Kassa və satış sahəsində 2 il təcrübə (yalnız adıçəkilən müvafiq sahə üzrə);
  • Gülərüz, məsuliyyətli, müştəri və personal ilə ünsiyyət bacarığı;

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini e-mail ünvanına mövzu yerində "Satıcı” qeyd etməklə göndərə bilərlər. 

Email: [email protected]