Marketinq üzrə mütəxəssis

  • Enginet
  • Elanın qoyulma tarixi: 12.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İllik marketinq və PR planının hazırlanmasında iştirak etmək; 
  • Müştərilərlə sıx və yüksək səviyyəli münasibətlərin qurulması; 
  • Marketinq araşdırmalarının aparılması (bazar/rəqib/potensil müştəri və ərazi);
  • Məqsədli auditoriyanın xüsusiyyətlərinin araşdırılması, onların satınalma davranışlarının izlənməsi, yeni istehlakçı sinifin yaradılması istiqamətində təkliflərin hazırlanması;
  • Satışa dəstək olabiləcək marketinq məlumatlarının hazırlanması;
  • Təqdimatların təşkil edilməsi və aparılmasını təmin etmək;
  • Marketinqə aid digər şirkətlərlə əlaqələrin yaradılması;
  • Reklam planları üçün təkliflərin hazırlanması, reklam aksiyalarının və tədbirlərinin koordinasiyası və həyata keçirilməsində iştirak, müvafiq şöbə ilə işin aparılması;
  • Daxili və xarici PR aktivliklərin keçirilməsi və reklam fəaliyyətinin təşkili;

Namizədə verilən tələblər:

  • Ali təhsil (Müvafiq sahədə olması üstünlükdür)
  • Müvafiq sahədə 2-3 il iş təcrübəsi
  • Azərbaycan dili mükəmməl,  rus dili yaxşı, ingilis dilli orta
  • Təqdimetmə bacarığı, komandada işləmək bacarığı, yaradıcılıq, yeniliklərə açıq olma, təşəbbüskarlıq, müştəriyönümlülük;
  • MS Office ( Word, excel, powerpoint) proqramlarını yüksək səviyyədə bilməli;

Əmək haqqı: Namizədin təcrübəsi və bilik-bacarığına müvafiq təyin ediləcək

İş qrafiki: 5 günlük iş qrafiki

Müraciət qaydası: CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Marketinq üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz.

Email: [email protected]

site.company_rating