Satış əməliyyatları/ixracat üzrə mütəxəssis

  • ASSAN-STP Panel
  • Elanın qoyulma tarixi: 10.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • İxracat sifarişlərinin və satınalma əməliyyatlarının sistemə daxil edilməsi və sənədləşdirilməsi,
  • Sifariş xərclərinin hesabatların hazırlanması,
  • Sistem vasitəsilə dilerlərdən və ya müştərilərdən gələn müştəri şikayətlərinin qeydə alınması və izlənilməsi,
  • Təxmini gündəlik daşınma məbləğinin müvafiq bölmələrə təqdim edilməsi,
  • Maliyyə proseslərində müstəsna halların izlənilməsi və lazımi təsdiqlərin alınması,
  • İxrac fəaliyyətlərinin milli və beynəlxalq qanunvericiliyə uyğun olmasını təmin etmək üçün gömrük məsləhətçiliyindən uyğunluq və nəzarətin həyata keçirilməsi,
  • Gömrük Məsləhətçiliyi, Ekspeditor və sertifikatlaşdırma şirkətlərindən qiymətə nəzarət və hesab-fakturaların təsdiqi,
  • Daşınmanın təşkili üçün daşıma şirkətlərindən lazımi təkliflərin alınması və alınan təkliflərə uyğun olaraq lazımi təşkilatın planlaşdırılması və qeyd edilməsi,
  • İxrac əməliyyatları üçün məlumatların daxil edilməsi və ümumi sənədləşdirmə sisteminin yenilənməsi,
  • İxrac ölkəsindən asılı olaraq gömrük şirkətindən lazımi sənədlərin tələb edilməsi və yoxlanılması,
  • Yarmarkalarda iştirak üçün daşımaların təşkilini həyata keçirmək,
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə 3 ildən yuxarı  iş təcrübəsi.
  • Ali təhsil
  • MS Office programların biliyi

İş şərtləri:

  • İş qrafiki: həftədə 5 gün, 08:00-17:00
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır
  • Nahar və servis şirkət hesabına

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “ Satış əməliyyatları/ixracat üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Email: [email protected]