“Vijn Fond AzərKredit” MMC yeni açılacaq Ağsu, Cəlilabad, İsmayıllı, Salyan və Xaçmaz nümayəndəliklərinə Menecer vəzifəsinə işçi qəbulu elan edir.
Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. AzərKredit hazırda Ağsu, Cəlilabad, İsmayıllı, Salyan və Xaçmaz nümayəndəliklərinə Menecer vəzifəsi üzrə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.
Bu vəzifə AzərKredit təşkilatının müvafiq nümayəndəliyində yerləşəcək və bu vəzifənin məqsədi müvafiq rayon üzrə nümayəndəliyin fəaliyyətini effektiv icrasını təmin etməkdir.
Əsas vəzifə və öhdəlikləri:
1. İdarəetmə sahəsində
• Heyətin idarə edilməsi ilə bağlı müvafiq təklif və qərarların verilməsində iştirak;
• Nümayəndəliyin kredit portfelinin idarə olunması və idarə olunmasına nəzarət;
• Nümayəndəlik üçün prioritetlərin və məqsədlərin tətbiq olunmasında iştirak və cavabdehlik;
• Nümayəndəlik portfelinin və müştəri bazasının ən yüksək mümkün keyfiyyətdə saxlanmasına məsuliyyətlilik;
• Xətalı məsələlərin idarə olunmasında cavabdehlik;
• Problemlərin, risklərin idarə edilməsi, həlli yollarının araşdırılması, həll edilməsinə nəzarət;
• Ümumi hədəf və məqsədlərə təsir göstərə bilən nümayəndəlik əməliyyatları ilə bağlı məsələlərdə filial ilə əlaqələndirilmə;
• Tələb olunan hesabatları dəqiq və vaxtında verilməsi;
• Nümayəndəliyin hədəf və məqsədlərinə nail olmaq üçün işçi heyətini əla və effektiv iş səviyyəsinə can atmasına həvəsləndirmək və ruhlandırmaq;
• Nümayəndəliyin ümumi işi üçün məsuliyyətlilik;
• Nümayəndəlik ştatına işə götürmə və İşçilərin İllik qiymətləndirmə prosesində iştirak;
• Tabeçiliyində olan işçilərdən müvafiq hesabatların tələb edilməsi;
• Rəhbərlik etdiyi nümayəndəliyin vəziyyətinin təhlil edilməsi, hesabat hazırlanması, təkliflərlə filial qarşısında çıxış;
• Yaxşı müştəri xidməti göstərilməsinə həvəsləndirmə üçün bütün işçilər arasında şəxsən nümunə olmaq;
• Təşkilatın xidmətlərinin yaxşılaşdırılması və rəqabətliliyinin təmin edilməsi üçün digər kredit təşkilatlarının daxil olduğu ərazilərdə bazar fəaliyyətinin məlumatlarını öyrənilməsi;
• Nümayəndəliyin inzibati işlərinin təşkilində Filial Menecerinə yaxından kömək edilməsi.
2. Maliyyə sahəsində
• Nümayəndəliyin effektiv büdcəsini işləmək və planlaşdırmaqda Filial menecerinə kömək etmək;
• VF AzərKreditin məqsədinin qoyulmasında və maliyyə hədəflərində lehinə fəal iştirak etmək;
• Məlumat İnformasiya sistemində müştəri ərizəsi əsasında daxil olunan məlumatları yoxlayaraq Filial meneceri ilə razılaşdırdıqdan sonra təsdiqləmək;
• Məlumat İnformasiya sistemində günlük maliyyə əməliyyatlarını yoxlamaq və Filial meneceri ilə razılaşdırdıqdan sonra təsdiqləmək.
3. Nəzarət sahəsində
• Kredit komitələrinin təşkili, sədrlik və nəzarəti;
• Nümayəndəliyin bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
• Müştərinin məlumat cədvəlinə və davamlı kreditlər üçün monitorinq səfərlərinə nəzarət və planlaşdırmaq;
• Girov əməliyyatlarının yerinə yetirilməsinin prosedurlara uyğunluğuna nəzarət etmək;
• Kreditlə bağlı işçilərin, kreditlərin diversifikasiyasına nəzarət və müvafiq tapşırıqlar vermək, bölgüyə nəzarət etmək və Filial menecerinə müvafiq təkliflər vermək.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
• İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
• Heyətin idarə olunması sahəsində müvafiq bacarıq və təcrübi biliklər;
• Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmə bacarığı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
• Sürücülük vəsiqəsi və sürücülük təcrübəsi;
• Orta rəhbərlik səviyyəsində (məsələn departament meneceri) aşağıdakılarda ən azı iki il iş təcrübəsinə malik olmaq: mikro kreditləşmə təşkilatı, bankçılıq institutu, proqressiv korporativ mühit, beynəlxalq biznes və ya iqtisadi və biznes inkişafı təşkilatı;
• Mikromaliyyə sektoru və texnologiyaları haqqında aydın təəssüratı olmalı;
• Ofis proqramlarında işləmək bacarığı;
• İngilis dilində müəyyən səviyyəyə malik olmaq;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik nümayiş etdirməli;
• Təşəbbüskar, dayanıqlıq, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
• Üzərinə məsuliyyət götürmək bacarığı, istəyi və yüksək düzgünlük hissi;
Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, işəqəbul anketlərini dolduraraq 28 fevral 2013-ci il tarixinədək aşağıdakı e-ünvana göndərsinlər. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Misal üçün: Ağsu Nümayəndəliyinə Menecer). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected]
Faks: +99412 597 30 39