Keyfiyyətə nəzarət üzrə müfəttiş

  • ASSAN-STP Panel
  • Elanın qoyulma tarixi: 02.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • İstehsal zamanı və ya istehsaldan sonra məhsulların vizual, ölçü və struktur nəzarəti.
  • Laboratoriyada paneldən götürülmüş nümunələr üzərində sıxılma, büzülmə və sıxlıq kimi keyfiyyət planında müəyyən edilmiş sınaqların aparılması və qeydinin aparılması.
  • Xammalın istehsala yararlı olub-olmamasına nəzarət edilməsi.
  • Alınan rulonların təbəqəsinin, qalınlığının, rənginin və eninin yoxlanılması.
  • Laboratoriyada gündəlik olaraq fasiləsiz xəttdən götürülmüş nümunə panelinin poliuretan sıxlığına nəzarət etmək.
  • Xammal, köməkçi məhsullara nəzarət etmək və yeni məhsulların sınaqdan keçirilərək uyğunluğunun müəyyən edilməsi, təbəqə boyası, qalınlığı və sinklənmiş örtük ölçülərinin aparılması.
  • Uyğun olmayan çıxışın aşkar edilməsində müvafiq prosedura uyğun olaraq müvafiq bölmələrə məlumat verilməsi.
  • Laboratoriyada istifadə olunan cihazların kalibrlənməsinin təmin edilməsi.
  • Rəqib təhlili tədqiqatlarını dəstəkləmək üçün test və ölçmələrin aparılması.
  • Müştəri şikayətləri üçün sayta səfərlərin dəstəklənməsi.
  • İstehsalın təqibi və təşkili, sınaq istehsalatlarında sınaq və hesabatlar.
  • TSE kimi məhsul auditlərində keyfiyyət prosesləri ilə bağlı auditorlara lazımi məlumatların təqdim edilməsi və prosesin dəstəklənməsi.
  • Təchizatçı auditlərində iştirak etmək.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Aidiyyətı sahədə 3-5 il iş təcrübəsi;
  • Punktual, diqqətcil və məsuliyyətli olmalı

İş şərtləri:

  • İş qrafiki: həftədə 5 gün, 08:00-17:00
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Nahar və servis şirkət hesabına;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq Keyfiyyətə nəzarət üzrə müfəttiş qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] elektron ünvanına göndərə bilərlər.