Satış direktoru

  • Novator HRC
  • Elanın qoyulma tarixi: 02.06.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Satış komandasının idarə edilməsi (bölgə müdirləri və satış menecerləri), gündəlik olaraq tapşırıqların verilməsi
  • İllik satış hədəflərinin müəyyən edilməsi prosesində iştirak
  • Hər ayın sonu növbəti ay üçün satış planlarının hazırlanması, komandaya bildirilməsi
  • Satış plan və hədəfləri üzrə struktur bölməsi üçün iş bölgüsünün aparılması
  • Potensial müştərilərin müəyyən edilməsi və priotetləşdirilməsi
  • Rəqiblərin araşdırılması, bazar analizinin aparılması
  • Qiymət təyini prosesində iştirak edilməsi
  • Müştəri debitor borclarının idarə edilməsi
  • Rəhbərliyə mütəmadi olaraq hesabatların verilməsi
  • Sahəsi üzrə satış hesabatlarının analizi və inkişaf imkanlarının müəyyənləşdirilməsi
  • Sahəsi üzrə satış və inkişaf planlarının hazırlanması və rəhbərliyə təqdim olunması
  • Şirkətin illik büdcəsinin müəyyən edilməsi prosesində iştirak
  • Satış və inkişaf planlarının icrasına nəzarət olunması və vəziyyətə uyğun müvafiq tədbirlərin həyata keçirilməsi
  • Loyal müştəri proqramını icra etmək və müəyyən edilmiş say hədəflərinə çatmaq
  • Satış nöqtələrində satış planlarına və qaydalarına nəzarət məqsədilə davamlı şəkildə bölgə müdirləri və satış menecerləri ilə sahədə olmaq

İş şəraiti:

  • Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Korporativ nömrə
  • Yanacaq və amortizasiya xərcləri
  • Şirkət tərəfindən təlimləndirmə
  • Əmək haqqı 3,000 + AZN (Sabit hissə + satışdan bonus olmaqla)

Namizədə tələblər:

  • Ali təhsil
  • Yaş həddi : 30-40
  • Satış sahəsi üzrə 5 ildən artıq iş təcrübəsi (FMCG sahəsində təcrübə üstünlükdür)
  • Rəhbər vəzifədə ən azı 3 illik iş təcrübəsinin olması
  • Liderlik keyfiyyətlərinə malik olması
  • Korporativ idarəetmənin prinsipləri ilə tanış olması
  • Analitik düşüncə qabiliyyətinin olması
  • Kompüter bilikləri (MS Office, ERP və CRM sistemləri ilə işləmə bacarığı)
  • Planlama bacarığı
  • İdarəetmə bacarığı
  • Dil bilikləri: Azərbaycan dili səlis, (Rus və ingilis dili biliyi üstünlükdür)

İş qrafiki:

  • Həftə içi 6 gün
  • Ünvan: Nəsimi rayonu , Abbas Səhhət  küç.40

Tələblərə uyğun namizədlər mövzu yerində “satış direktoru” yazmaqla öz CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.