Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Əməliyyat risklərinin səviyyəsinin təhlil edilməsi, qiymətləndirilməsi, risklərin minimallaşdırılması üzrə tədbirlər, bankdaxili limitlər üzrə şöbə müdiri və departament direktoruna təkliflərin verilməsi və onların icrasına nəzarət edilməsi;
  • Biznes proseslərin əməliyyat riskləri nöqteyi nəzərindən qiymətləndirilməsi və stress testlərin aparılması;
  • Əməliyyat riskləri yarada biləcək orta və yüksək riskli biznes proseslərin təhlili və qiymətləndirilməsində iştirak;
  • Risk kataloqunun hazırlanması və tədbirlər planının icrasına nəzarət;
  • Risk və insidentlərin idarə edilməsi prosesi çərçivəsində  risk və  insident barədə ətraflı məlumatın müvafiq sistemə daxil edilməsi və həll olunmasının təşkil edilməsi;
  • Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə bankdaxili təlimat və qaydaların hazırlanması, mütəmadi olaraq yenilənməsi;
  • Bankın bütün struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işlərdə öz vəzifələri çərçivəsində və Bankın qüvvədə olan metodologiyası və qaydalarına uyğun metodik dəstəyin göstərilməsi;
  • Kredit sahəsi istisna olmaqla bütün bankdaxili normativ sənədlərin və yeni bank məhsullarının idarə etdiyi risklərin mənbəyi və təsiri baxımından qiymətləndirilməsi;
  • Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə riskləri minimallaşdırmaq üçün bankın əməkdaşlarına treninqlərin təşkil edilməsi.

Namizədə qarşı tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır;
  • Risklərin idarə edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunları;
  • MS Office (Word, Excel, Outlook, PowerPoint) proqramları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır.
  • Təşəbbüskarlıq və novatorluq;
  • Analitik təhliletmə və proqnoz vermək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 iyun 2022-ci il tarixinədək email-in mövzu hissəsində Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

site.company_rating