Satış üzrə mütəxəssis

İşin təsviri

Öhdəliklər:

  • Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Şirkətin məhsullarına dair tanıtımlar edilməsi, müştərilərə müəssisə, mal və xidmətlər haqqında ətraflı məlumatların verilməsi;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Şirkət tərəfindən müəyyən edilmiş satış planının həyata keçirilməsi; 
  • Aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması; 
  • Satışın yüksəldilməsi və satış prosesinin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak edilməsi.

Tələblər:

  • Peşə və ya ali təhsil arzu olunandır;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
  • Moped, skuter, motosiklet və moto aksesuarları sahəsində satış təcrübəsi;
  • Dinləmə və effektiv ünsiyyət bacarığı;
  • İntizamlılıq və tez öyrənmə bacarığı.

İş şərtləri:

  • İş qrafiki 6 günlük;
  • Karyerada yüksəliş imkanı.

Müraciət:

Namizədlər mövzu hissəsinə “Satış üzrə mütəxəssis” qeyd edərək [email protected] elekton ünvanına CV formalarını göndərə və ya https://hr.166.az/ saytına daxil olaraq qeydiyyatdan keçərək müraciət edə bilərlər.

site.company_rating