Beynəlxalq əlaqələr üzrə mütəxəssis

İşin təsviri

    “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan
     Kredit Təşkilatı (İKA)  vakant vəzifə  Beynəlxalq əlaqələr üzrə mütəxəssis
      vəzifəsinə mütəxəssis işə dəvət edir

                                                Texniki tapşırıq

       Vəzifə - Beynəlxalq əlaqələr üzrə mütəxəssis
 
       Müddət: 11.01.2013- 26.01.2013
       Sənədlərin qəbulunun son müddəti: 26 yanvar, 2013
    “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının  Beynəlxalq əlaqələr üzrə mütəxəssisinin vəzifə və  məsuliyyətlərinə   aşağıdakılar   daxildir:
-  İKA-nın dövlət orqanları, qeyri-hökumət  təşkilatları və beynəlxalq qrumlarla əməkdaşlıq əlaqələrinin qurulmasını təşkil etmək;
-  İKA-nın daxili və xarici siyasətini müəyyənləşdirmək və bu istiqamətdə iş aparmaq:
-  Digər ölkələrdə bank və qeyri bank kredit təşkilatlarının fəaliyyəti barədə məlumatlar əldə etmək, kredit bazarının mövcud durumunu qiymətləndirmək və təşkilatın kredit siyasətinin rəqabətə davamlı olması üçün təkliflər vermək;
-  Donor təşkilatların müəyyənləşdirilməsini və əməkdaşlığa cəlb edilməsini təmin etmək;
-  İKA-nın əməkdaşlarının ixtisaslarının artırılması məqsədilə ölkədə və ya xaricdə təlim kurslarının seçilməsinə yardım etmək;
-  Beynəlxalq Təşkilatlarla əməkdaşlıqda  İKA-nın  rəhbərliyini təmsil etmək;
-  İşlə bağlı yazılı və şifahi tərcümələr etmək;

Hesabatvermə:
İKA-nın Beynəlxalq əlaqələr üzrə mütəxəssisi təşkilatın İdarə Heyətinin Sədrinə hesabat verir.
Müddət:
İKA-nın Beynəlxalq əlaqələr üzrə mütəxəssisi ilə 6 ay müddətinə əmək müqaviləsi imzalanacaqdır. Bu müqavilə üzrə ilk 6 aydan sonra mütəxəssisin fəaliyyətinin nəticələri İdarə Heyəti tərəfindən qiymətləndiriləcək və qiymətləndirmənin nəticəsinə əsasən müqavilənin müddəti uzadılacaqdır.
İxtisaslaşma:
Beynəlxalq əlaqələr üzrə mütəxəssis aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:
a) Azərbaycan Respublikasının vətəndaşı olmaq, Azərbaycan və ingilis dillərini səlis bilmək;
b) Maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsili;
c) kredit sektorunda  iş təcrübəsi;
d) Beynəlxalq təşkilatlarla iş təcrübəsi;
e) Ünsiyyət qurmaq bacarığı;
f) Yazılı hesabat tərtib etmək təcrübəsi;
g) İngilis və azərbaycan dillərində yazılı və şifahi nitqə malik olmaq;
h) Microsoft Word, Excel, Access və Internetdən istifadə.  E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə sürətli işləmək bacarığı.
i) İşlə bağlı ölkə xarici və daxilində mütəmadi ezamiyyəyə getməyə hazır olmaq.

      İKA-nın yerləşdiyi ünvan:
      Bakı şəh.Ü.Hacıbəyov küç. 40, Hökumət Evi, otaq 848

           CV-ni aşağıdakı e-mail ünvanına göndərə bilərsiniz:
       [email protected]