Cost Controller

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
  • Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
  • Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
  • Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
  • Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
  • Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
  • Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
  • Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
  • Mövcud olan bütün anbarların qalıqlarının şıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
  • Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Tələblər:

  • Təhsil-Ali;
  • Restoran və ya otel sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Cost Controller” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər. 

Email: [email protected]