İşin təsviri
Vəzifə öhdəlikləri:
- Qanunvericilik aktlarının, lokal normativ hüquqi aktların, sərəncamverici aktların, şöbə üzrə iş planının, Agentliyin tərəf olduğu və ya planlaşdırdığı müqavilələrin (anlaşmaların, sazişlərin, andlaşmaların, memorandumların, məramnamələrin və sair çoxtərəfli sənədlərin), habelə digər hüquqi sənədlərin layihələrini hazırlamaq, qanunvericilik aktlarına və dövlət orqanlarının sərəncamverici aktlarına hüquqi rəy hazırlamaq, layihənin qəbul edilməsi zərurətinin əsaslandırılmasının hazırlanmasında iştirak etmək;
- Hüquqi təhlil üçün daxil olmuş layihələri, habelə müvafiq sahədə tərtib edilmiş inzibati protokolları təhlil etmək, layihələrə hüquqşünas dərkənarı qoymaq və ya onlar barədə xüsusi rəy vermək, protokollara dair hüquqi rəy vermək;
- Hüquqi məsələlər üzrə dövlət və qeyri-dövlət təşkilatlarında, o cümlədən xarici ölkələrdə və beynəlxalq təşkilatlarda, habelə digər şəxslərlə münasibətlərdə vəkalət əsasında Agentliyi təmsil etmək;
- Vəkalət əsasında Agentliyin hüquqlarının və qanuni maraqlarının məhkəmədə və digər şəxslərə münasibətdə hüquqi müdafiəsini təmin etmək və Agentliyin tərəf olduğu məhkəmə işlərini aparmaq;
- Şöbə müdirinin tapşırığı ilə Agentlik adından məhkəmə orqanlarına ərizələri, o cümlədən iddia ərizələrini, vəsatətləri, etirazları, şikayətləri, təklifləri, habelə dövlət orqanlarına digər müraciətləri hazırlamaq;
- Təqdim olunmuş sənədlərin təhlilini, habelə hüquqi məsələlər üzrə müvafiq məlumat mənbələrindən istifadə edərək araşdırmalar aparmaq;
- Hüquqi məsələlərə dair şərhlər, təfsirlər, izahlar, məsləhətlər və ya öz təşəbbüsü ilə təkliflər vermək, arayışlar tərtib etmək;
- İnkişaf konsepsiyasına uyğun olaraq strateji məqsədlərin, strateji planların və Agentliyin iş planının tərtib edilməsində iştirak etmək;
- Agentliyin struktur bölmələri tərəfindən hazırlanmış sənəd layihələrinin (məktub, arayış, sorğu, normativ akt və s.) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq və rəy vermək;
- Agentliyin nizamnamə kapitalında iştirak etdiyi hüquqi şəxslərin, filial və nümayəndəliklərinin yenidən təşkili, ləğv edilməsi, müvafiq hüquqi şəxslərin nizamnamə kapitalındakı paylarının (səhmlərinin) yenidən bölüşdürülməsi, bunların dövlət qeydiyyatına alınması üçün sənədləri hazırlanmaq və qanunvericilikdə nəzərdə tutulmuş hərəkətləri icra etmək;
- Agentliyin fəaliyyəti ilə bağlı hüquqi məsələlərə dair şifahi və yazılı təkliflər vermək;
- Hüquqi sənədlərin standart biçimlərini tərtib etmək, qeyri-standart hüquqi sənədlərə viza və ya xüsusi rəy vermək;
Əsas tələblər:
- Ali təhsil (Hüquqşünaslıq);
- Yaş həddi 25-45 aralığı;
- İxtisası üzrə azı 5 il iş stajı;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Problemlərin həlli və razılığın əldə olunması bacarığı;
- Azərbaycan və ingilis dillərini səlis bilməli (rus dili bilməsi arzuolunandı)
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma ;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Vakansiya üzrə müraciətin son müddəti: 07 may 2022-ci il;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Hüquq şöbəsi - Şöbə müdirinin müavini ) qeyd edin.