Sürücü-ekspeditor

  • Tekaz MMC
  • Elanın qoyulma tarixi: 29.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

 

  • -AR Əmək Məcəlləci uyğun sənədləşmə
  • İş Saatı: 09:00-dan 17:00-a qədər.   
  • Həftədə 1 dəfə istirahət
  • Təhsil: minimum tam orta təhsil 
  • Yaş həddi: 25-45 yaş 
  • Yalnız kişi namizədlər
  • BC sürücülük vəsiqəsi
  • İş təcrübəsi: 1-3 il
  • Rus dili bilənlərə üstünlük verilir
  • Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
  • Əmək haqqı 600+bonus

İş barədə məlumat:

  • Satışa buraxılan  məhsulu Cəmiyyətin normativ sənədləri ilə  müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırmaq.
  • Müəyyən olunmuş qaydada tərtib edilən həcmdə məhsul satışını həyata keçirtmək;
  • Kateqoriyalara bölünmüş məntəqələr üzrə  getmə tezlikləri əsasında  məhsulun çatdırılmasını təmin etmək;
  • Satışa aparılan  məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatlar  dəqiq və ətraflı hazırlayıb aidiyyatı şəxsə təqdim etmək;
  • Lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirmək.
  • Şirkətin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin  verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.

Uyğun namizədlər CV-lərini mail ünvanına göndərə bilərlər.

Tekaz MMC tərəfindən digər vakansiyalar