İşin təsviri
Namizədə dair tələblər:
- Ali təhsil;
- Sahə üzrə 3 il iş təcrübəsi (bank sektorunda təcrübənin olması üstünlükdür);
- Azərbaycan və Rus dili biliyi mükəmməl, İngilis dili biliyi arzuolunandır;
- Kommunikasıya kanalları ilə işləmə bacarığı;
- Mükəmməl ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
İşin təsviri:
- Mövcud, yeni yaradılmış bank məhulları barədə müxtəlif kommunikasiya kanalları vasitəsilə potensial müştərilərə məlumatın çatdırılması;
- Müxtəlif kommunikasiya kanalları üçün müvafiq məzmunların seçilməsi, yaradılması, təchizatçıların cəlb edilməsi, Bank daxilindəki və xaricindəki təchizatçılara yaradıcı tapşırıqların verilməsi;
- Tabeçiliyində əməkdaşlarına verilən tapşırıqların və vəzifə öhdəliklərinin vaxtında, düzgün və keyfiyyətlə icra edilməsinə nəzarət etmək, çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;
- KİV-nin izlənilməsi və ehtiyac olduğu təqdirdə böhran kommunikasiyanın tətbiq edilməsi;
- Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması;
- Bankın marketinq büdcəsinin hazırlanması və təqdim edilməsi;
- Bankın strateji hədəflərinin yerinə yetirilməsi üçün marketinq fəaliyyətinin uyğunlaşdırılması və planların hazırlanması, təkliflərin verilməsi;
- Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
- Dövrü hesabatların hazırlanması və təhlili.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Marketinq sahəsi üzrə Aparıcı/Baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.