Satış və marketinq üzrə müdir ( Ofis mebelləri üzrə)

  • Offissa Dizayn Ko
  • Elanın qoyulma tarixi: 17.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat (Vəzifəyə dair tələblər):

  • Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
  • Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək
  • Zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili
  • Yeni satış məntəqələrinin araşdırılıb tapılmasını təmin etmək
  • Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa müdirə verilməsi
  • Satış menecerlərinin fəaliyyətini təşkil və idarə etmək;
  • Satış menecerlərinin dövriyyələrinə nəzarət etmək
  • Reklam və hədiyyələrin təşkilini həyata keçirmək
  • Sosial şəbəkələr və internet sayt üçün kiçik video-çarxlar hazırlamaq, yeni postlar paylaşmaq, sosial şəbəkələri və internet saytı aktiv saxlamaq
  • Baş tutacaq tədbirlər üçün lazım olan danışıqları və təşkilatçılığı həyata keçirmək

İşçiyə dair tələblər:

  • Təhsil: ali
  • Müvafiq sahəsə ən azı 1 il iş təçrübəsi
  • Kompüter biliyi: MS Office proqramları;
  • Dillər: Azərbaycan, ingilis dili (Rus dili bilməsi arzuolunandır)
  • Yaş həddi: 25-40;

Şəxsi keyfiyyətləri:

  • Liderlik;
  • Fikrini izah etmək qabliyyəti;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət:  bazar günü
  • Əmək haqqı 1000 AZN başlayır

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin.