Audit üzrə mütəxəssis

İşin təsviri

Vəzi̇fə Öhdəli̇kləri̇:

  • Fəaliyyət göstərilən ərazidə ticarət nöqtələrində borcların yoxlanışının həyata keçirilməsi, uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədləşmənin dəyərləndirilməsi, yoxlanılması və raporlanması;
  • Debitor və kreditor borcların yoxlanılması;
  • Xərclərə nəzarət edilməsi;
  • Ödənişlərin araşdırılması;
  • Daxili alışların yoxlanılması;
  • Aylıq daxili nəzarətlə bağlı hesabatın hazırlanması;
  • Daxili nəzarətlə bağlı tapşırıqlar;
  • Mal qalığına nəzarət edilməsi; 
  • Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi;
  • Distribyutor və yerli istehsal anbarlarında mövcud olan məhsulların sayımının həyata keçirilməsi;
  • Audit planı əsasında xüsusi audit yoxlamalarında iştirak edilməsi;

Tələblər:

  • Ali təhsil (Hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, idarəetmə ixtisasları üzrə);
  • İxtisası üzrə azı 1-3 il (FMCG sahəsində olması üstünlükdür), müvafiq sahə üzrə iş təcrübəsi;
  • Dil bilikləri: Rus dili üstünlükdür;
  • Microsoft excel üzrə tam peşəkar istifadə, digər Office proqramlarından isə sərbəst istifadə bacarığı;
  • Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;

İş reji̇mi̇ və di̇gər şərtlər:

  • Əmək haqqı: 700-1000 azn;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • İstirahət günləri: şənbə və bazar;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Ziya Bünyadov pr. 20/61 Dərnəgül Tikinti Sənayesi

Müraciət etmək istəyən namizədlərdən CV-lərini mail ünvanına mövzu hissəsinə “ Audit üzrə mütəxəssis ” qeyd edərək göndərmələri xahiş olunur.

site.company_rating

Gədəbəy Mineral Suları MMC tərəfindən digər vakansiyalar