Korporativ Satış Meneceri

  • Piramida Group
  • Elanın qoyulma tarixi: 22.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərlə əlaqələr quraraq şirkətin məhsullarına dair tanıtımlar edilməsi;
  • Müştəri portfelinin genişləndirilməsi üzrə işlərin aparılması;
  • Yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq şirkətin məhsulları və xidmətləri haqqında məlumat verilməsi;
  • Bazar araşdırmasının aparılması, müştəri tələbatlarının öyrənilməsi;
  • Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkil edilməsi;
  • Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyətin göstərilməsi;
  • Müştərilərin istək və ehtiyaclarının müəyyən edilməsi;
  • İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması.
  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
  • Aylıq, rüblük və illik satış hədəflərinə nail olunmasının təmin edilməsi;
  • Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatın verilməsi.

Bilməlidir:

  • Bazar araşdırılmasının qaydalarını;
  • Müştəri bazasının formalaşdırılmasını;
  • Müştəri ödənişlərinə nəzarətin edilməsini;
  • Görüşlərin təşkilini;
  • Müştərilərlə yazışmaların aparılmasını;
  • Müştərilərə təkliflərin hazırlanmasını;
  • Korporativ davranış qaydalarını;
  • Satışın planlaşdırılması qaydalarını.

Əsas tələblər:

  • Ali təhsil  
  • Yaş həddi: 27-42 yaş;
  • İş təcrübəsi: korporativ satış üzrə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • MS Office (Word, Excel, Outlook) proqramlarından istifadə etmək bacarığı;
  • Strateji yanaşma, idarəetmə qabiliyyəti
  • Planlama və təşkilatçılıq;
  • Ünsiyyyət bacarığı;
  • Analitik düşünmə, analiz etmə, diqqətlilik;
  • Müştəri yönümlülük, fərdi yanaşma bacarığı;
  • Avtomobili olanlara üstünlük veriləcək;
  • Azərbaycan dilin səlis bilməli, rus dilin işgüzar danışıq səviyyəsində.

İş şəraiti:  

  • İş rejimi: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 600 AZN + Bonus.
  • Korporativ nömrə,
  • Ünvan: Bakı şəhəri,  Ağasadiq Gəraylı, Ev 37a, Mənzil 47. 

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Korporativ Satış Meneceri” yazaraq [email protected] göndərə bilərlər.

Piramida Group tərəfindən digər vakansiyalar