Biznes analitik

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 05.01.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştəriyönümlü və biznes dəyəri yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etmək;
  • Məhsulun biznes göstəricilərinin monitorinqi və bununla bankın hədəflərinə uyğun nəticələrə nail olmaq;
  • Rəqəmsal məhsullar üzrə görüləcək işlərin prioritetini müəyyən etmək;
  • Məhsulun vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə aşılamaq;
  • Biznes tərəfdaşlar ilə mütəmadi anlaşma, gözləntilərin uyğunlaşdırılması üzrə müzakirələr aparmaq, prosesdə multifunksional məhsul komandasınının işində qabaqcıl rol oynamaq;
  • Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmək və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq.
  • Hesabatların hazırlanması, test keyslerin hazırlanması
  • SWOT analizlərin aparılması

Vəzifəyə olan tələblər:

  • Ehtiyaclara uyğun məhsulun yaradılmasına yönümlü təfəkkür və məhsula sahiblik;
  • İnkişaf etməkdə olan rəqəmsal tendensiyalar və onların imkanları barədə məlumatlılıq;
  • Agile və Dizayn Thinking üzrə biliklər;
  • Müştəri və biznes dəyərlərinə uyğun həllərin yaradılmasına yönümlülük
  • Komandada işləmə bacarığı;
  • Problemləri həll etmə bacarığı;
  • Ünsiyyət bacarıqları;
  • Güclü analitik bacarıqlar;
  • Yaradıcı təfəkkür;
  • Microsoft Office (Excel); SQL, Pİ, UI/UIX designing biliklərin olmasına üstünlük verilir
  • Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi, hazırlanması
  • Rus və İngilis dillərində yazışma və ünsiyyət qurma bilikləri;
  • Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes analitik göstərməyiniz xahiş olunur.

site.company_rating