Junior Credit Specialist

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 29.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bizimlə Siz əldə edəcəksiniz:

  • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
  • Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
  • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
  • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
  • Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?

  • Kredit strukturlaşdırılmasının icrası;
  • Bankın mövcud kredit məhsullarından istifadənin təmin edilməsi; 
  • Məhsulların müştərinin ehtiyacları və bankın daxili siyasət və prosedurlarına uyğunluğunun təmin edilməsi; 
  • Sifarişi təmin etmək məqsədilə müştərinin ilkin maliyyə və qeyri-maliyyə təhlilinin həyata keçirilməsi; 
  • Kredit risk anderraytinq və sonrakı mərhələlərdə müvafiq komitələrdə təsdiqini tapmaq üçün limitlər və kredit komitəsinə təkliflərin edilməsi;  
  • Müştərinin səlahiyyətli nümayəndəsi və müvafiq müştəri menecerinin iştirakı ilə görüşlərin keçirilməsi;  
  • Müştəridən ilkin təhlil və risklərin təyin edilməsi üçün lazım olan məlumatların tələb edilməsi;
  • Risk anderraytinqinə müvafiq məlumatın çatdırılması və ehtiyac olduqda əlavə tələb olunan informasiyanın müştəridən təmin edilməsi;
  • Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət;
  • Müstəqil olaraq kredit strukturu və müştəriyə uyğun olan optimal məhsul qarışığına qərar verilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 0-1 il təcrübə 
  • Xarici dil :  İngilis dili
  • Kompüter bilikləri: Microsoft Office
  • Texniki biliklər: IFRS

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 17.01.2022-ci il tarixinədək başlıqda “Kiçik kredit analitiki” qeyd edərək [email protected]z  göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

site.company_rating