İşin təsviri
İş haqqında məlumat:
- Şöbənin fasiləsiz satış işini təmin etməlidir;
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
- Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;
- Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
- Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;
- Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan)
- Orta və ya ali təhsil
- Elementar riyazi hesablamaları
- Satış texnikası və prinsiplərini
- İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir
İş qrafiki:
- 09:00-dan 18:00-dək
- Həftə içi 6 gün
- 1 gün istirahət
- Əmək haqqı: 400-600+Bonus%
- Nahar şirkət tərəfindən verilir
- AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə
Qeyd : Yeni vakansiyamız (Buzovna, Masazır, Mərdəkan, Dərnəgül, “Xutor”, “Şamaxink”) ərazilərində yaşayan və yaxın olan namizədlər müraciət edə bilər.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Satış məsləhətçisi" yazaraq [email protected] göndərmələri və ya N.Nərimanov rayonu, Ə.Rəcəbli 184 ünvanında yerləşən baş ofisə gəlmələri xahiş olunur.