Marketinq üzrə mütəxəssis

  • Solamedical MMC
  • Elanın qoyulma tarixi: 21.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Yaş: 20-35;
  • Təhsil: Ali tibb təhsili;
  • Təcrübə: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi mütləqdir;
  • Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi mütləqdir;
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyətli, operativ və yaradıcı qabiliyyətə malik olmaq;

Vəzifə öhdəlikləri:

  • Öncədən təyin olunmuş həkim ziyarətlərinin həyata keçirilməsi;
  • Təyin olunmuş vaxtda həkimlərə müvafiq tibbi informasiyalar üzrə təqdimatların hazırlanması;
  • Müəyyən konfransların təşkilində iştirak edilməsi;
  • Keçirilmiş proqramların səmərəliliyini müəyyən etmək üçün məlumatların təhlil edilməsi;
  • Marketinq planlarının, kompaniya nəticələrinin və layihə tövsiyələrinin inkişaf etdirilməsi və rəhbərliyə hesabat verilməsi;
  • Görülən işlər barədə mütəmadi olaraq hesabatların hazırlanması;

İş şəraiti:

  • Əmək haqqı: 1000 AZN (gross)
  • İş yeri: Xırdalan şəhəri
  • İş qrafiki: Tam iş günü

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Marketinq üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur