İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətin həftəlik, aylıq və illik maliyyə hesabatlarının hazırlanmasını təmin edir;
- Şirkətin illik büdcə planının hazırlanmasında bilavasitə iştirak və prosesin koordinasiyanın təmin edir;
- Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisələrini əks etdirən hesabatlar hazırlanmasını təmin edir;
- Maliyyə hesabatlarının illik kənar auditini koordinasiya edir və və yoxlama üçün hesabatların, açıqlamaların tərtib edir;
- Maya dəyərini aylıq əsaslarda analitik təhlilini həyata keçirir və nəticələr barədə rəhbərliyə hesabat verir;
- Şirkətin uçot siyasətinin hazırlanması və tətbiqində iştirak edir;
- Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə uyğun mühasibat düzəlişlərin verir;
- Şirkətin proqram təminatı üzrə çatışmazlıqların ortadan qaldırılması yönündə təkliflər verir;
- Rəhbərlik tərəfindən tələb olunan cari fəaliyyətin izlənilməsi ilə bağlı hesabatlığın təmin olunmasını təşkil edir.
Tələblər:
- Müvafiq sahə üzrə Ali təhsil
- Müvafiq sahə üzrə ən az 4 illik iş təcrübəsi
- Sertifikatlar arzuolunandır
- Azərbaycan dili səlis, İngilis və Rus dili arzuolunandır
- MS Office (Word, Excel,Outlook), ERP sistemləri üzrə biliklər
Səriştələr:
- MHBS üzrə biliklər;
- Yerli uçot qanunvericiliyi üzrə biliklər;
- Vergi qanunvericiliyi üzrə bilikləri;
- Şirkətin fəaliyyətini tənzimləyən qanunvericilik üzrə biliklər
- Qərar qəbul etmək bacarığı
- İdarəetmə və rəhbərlik bacarıqları
- Planlama və təşkilatçılıq;
- Komanda işinin təşkili.
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük
Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Büdcə və hesabatlıq söbəsinin rəisi” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.