Biznes əməliyyatlarına dəstək üzrə mütəxəssis

  • UNINET MMC
  • Elanın qoyulma tarixi: 09.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləriniz

  • Müqavilələrin işlənməsi və Sistemdə pul əməliyyatlarının emal edilməsi;
  • Vaxtında və dəqiq məlumatları təqdim edərək, daxili və xarici müştərilərə göstərilən xidmətlər üzrə yüksək müştəri məmnuniyyətini təmin etmək;
  • Müştərilərin sayına əsasən günlük hesabatların aparılması;
  • Avadanlıqların qəbulu və çeşidlənməsi;
  • Avadanlıqlarla bağlı aylıq hesabatların aparılması;
  • Tapılan hər hansı bir problemi ilə əlaqədar rəhbərliyə məlumat və hesabat vermək.

Vəzifənin tələbləri

  • Ali təhsil;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Uyğunlaşa bilən, texnologiyadakı yeniliklərdən xəbərdar olmaq bacarığı;
  • Nəticə yönümlü;
  • Konseptual düşünmə bacarığı;
  • Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək;
  • MS Ofis programlarının bacarıqlı istifadəçisi (Excel, Word, Powerpoint);
  • Komanda işi və əməkdaşlıq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması;
  • Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması.

Müraciət etmək üçün CV-nizi [email protected]  mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda  “Biznes əməliyyatlarına dəstək  üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

site.company_rating