SMM mütəxəssisi

  • Social Lab
  • Elanın qoyulma tarixi: 07.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Agentliyə daxil olan şirkətlərin sosial şəbəkədəki səhifələrinin kontent planlarının hazırlanmasına və paylaşımlara nəzarət etmək
  • Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə nəzarət etmək
  • Müştəri brifini kreativ komandaya anlaşıqlı şəkildə tam izah etmək
  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və sərbəst işləməyi bacarmaq
  • Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
  • Müştəri ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək
  • Aylıq hesabatları hazırlamaq

İş Şərtləri: 

  • 5 günlük iş qrafiki / 10:00-dan 18:00-dək
  • Aylıq sabit əmək haqqı müsahibə əsnasında müəyyən ediləcək.

Namizədə tələblər:

  • Azərbaycan dilini yaxşı səviyyədə bilməli (Rus dilini bilən namizədlərə üstünlük veriləcək)
  • SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn və s.) platformalarında sərbəst iş bacarığı
  • Facebook Business manageri bilməli
  • Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
  • Müstəqil işləmək bacarığı
  • İdarəçilik və təşkilatçılıq qabiliyyəti
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı

Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV və portfolio məlumatlarını “Sosial Media Marketinq mütəxəssisi” başlığı ilə göndərə bilərlər.

Qeyd: SMM Agentlik təcrübəsi olanlara və RUS dilini yaxşı bilənlərə üstünlük verilir.