İşin təsviri
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 1 il
Tələb olunan komputer bilikləri: MS Office - yaxşı.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – yaxşı; Rus dili – yaxşı.
Vəzifə üzrə tələb olunan biliklər :
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması üzrə biliklər;
- İnsan resurslarına aid olan normativ, metodiki və digər rəhbəredici materiallar üzrə biliklər;
- Kadr işinin təşkili, sənədləşdirilmə prosesi və hesabatların tərtib edilməsi üzrə biliklər;
- İnsan resurslarının idarə edilməsi sahəsi üzrə nəzəri biliklər;
- “Elektron hökumət” portalından istifadə qaydaları (e-gov.az) üzrə biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.
Funksional fərdi keyfiyyət meyarları:
- Məlumat əldə etmə;
- Planlaşdırma;
- Analitik düşüncə.
Digər tələb və üstünlük göstəriciləri:
- SHRM, CIPD və s. kimi beynəlxalq sertifikatlara sahib olmaq üstünlük göstəricisidir.
- İqtisadiyyat, Biznesin təşkili və idarə edilməsi, MBA istiqamətləri üzrə təhsil almış namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
- Kadr potensialına olan tələbatın təhlilinin və proqnozlaşdırılmasının, habelə ADY-nin tələblərinə uyğun olaraq insan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılmasının həyata keçirilməsi;
- ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizlərinin keçirilməsinin, onların kvalifikasiya, habelə kompetensiya tələblərinin işlənilməsinin, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılmasının və vəzifə standartlarının hazırlanmasının təmin edilməsi;
- Ştat cədvəllərinin hazırlanması və onlara dəyişiklik edilməsi prosesinin icra edilməsi;
- Vəzifələr üzrə təminatların işlənilməsinin və zərurət yarandıqda yenilənməsinin təmin edilməsi;
- Ştat sorğularının Oracle tətbiqi və “Elektron hökumət” portalı (e-gov.az) üzərindən icra edilməsi;
- Təşkilati strukturun vizual təsvirinin hazırlanması və cari vəziyyətə uyğunlaşdırılması;
- İnsan resursları idarəsinin şöbələri üzrə məlumatların toplanması, emal edilməsi, məlumatların vizuallaşdırılaraq hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
- İnsan resursları idarəsinin fəaliyyəti üzrə strateji hesabatların tərtib edilməsi;
- Vəzifə və peşələr üçün əməyin ödənilməsi üzrə dərəcələndirmə sisteminin qurulmasında iştirak edilməsi;
- Strukturlar tərəfindən vakansiya tələblərinin qəbul edilməsi, reyestrinin aparılması, tələbin təhlil edilməsi, nəticəyə uyğun olaraq rəy bildirilərək müvafiq struktura ünvanlanması;
- İşçi məlumat bazasının tərtib edilməsi, məlumatlara uyğun olaraq təhlillər aparılması;
- ADY üzrə ştat və faktiki işçi saylarını və digər statistik məlumatları özündə əks etdirən cədvəllərin tərtib və təhlil edilməsi;
- Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciət və sorğuların qanunvericiliyə uyğun olaraq cavablandırılması.
https://career.ady.az/Vacancy/Get?id=1840#vp
Son müraciət tarixi: 15.12.2021