Satış Məsləhətçisi (Buzovna)

İşin təsviri

İş haqqında məlumat:

  • Şöbənin fasiləsiz satış işini təmin etməlidir;
  •  Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
  • Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
  • Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
  • Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;
  • Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
  • Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;
  • Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;
  • İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan);
  • Orta və ya ali təhsil;
  • Elementar riyazi hesablamaları;
  • Satış texnikası və prinsiplərini;
  • İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir.

İş şəraiti:

  • Həftə ərzində 6 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00
  • Yaş həddi : 20-40
  • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
  • Nahar şirkət tərəfindən verilir
  • Maaş 400-600

Qeyd edilən tələblərə uyğun olan namizədlər şəkilli “CV”lərini mövzu yerində “Satış məsləhətçisi” yazaraq [email protected]  göndərə və ya N.Nərmanov rayonu Əhməd Rəcəbli 184 ünvanında yerləşən baş ofisə yaxınlaşaraq işə müraciət edə bilərlər.

site.company_rating