İşin təsviri
Vəzifə üzrə tələb olunan biliklər:
- Active Directory, Group Policy, DNS və DHCP anlayışları üzrə ilkin biliklər;
- MS Windows Əməliyyat Sistemi və macOS quraşdırılması və sazlanması üzrə biliklər;
- Korporativ domen üzrə biliklər;
- MS Office 2013/16/19 məhsullarının quraşdırılması və problemlərinin aradan qaldırılması üzrə biliklər;
- Printer, skaner, proyektor və s. periferik qurğuların quraşdırılması və sazlanması üzrə biliklər;
- Backup proqramları ilə işləmək bacarığı üzrə biliklər;
- Server sistemləri üzrə nəzəri və praktiki biliklər;
- "Elektron hökumət" portalından istifadə bacarığı üzrə biliklər..
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.
Funksional fərdi keyfiyyət meyarları:
- Keyfiyyət yönümlülük;
- Analitik düşüncə;
- İntizamlılıq.
Digər tələb və üstünlük göstəriciləri: MBA təhsili olan namizədlərə üstünlük verilir.
Vəzifə öhdəlikləri:
- İnformasiya, texnologiya avadanlıqlarının fasiləsiz işinin təmin edilməsi; Kompüterlərə texniki xidmət göstərilməsi, onların şəbəkəyə qoşulması və iş zamanı ortaya çıxan problemlərin diaqnostikası, onların aradan qaldırılması;
- Əməliyyat sistemlərinin işlək vəziyyətdə olması, iş davamlılığının qorlanunması və monitorinqinin aparılması;
- Müvafiq strukturdan daxil olmuş sorğuların vaxtında və düzgün həll edilməsi;
- Elektron poçtun quraşdırılmasının təmin edilməsi;
- Kommunikasiya xətlərində yaranmış nasazlıqların aradan qaldırılması;
- İnternetin işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi və bütün sistemin yenilənməsinin təmin edilməsi;
- LAN, WAN, WiFi şəbəkələrinin işinin təmin edilməsi (Wireless AP və Modemlərin konfiqurasiya olunması) və yaranan nasazlıqların aradan qaldırılması;
- Texniki dəstək işinin aparılması üçün tələb olunan bütün lisenziyaların etibarlılığının yoxlanılması;
- USB, şəbəkə printerləri və skanerlərdəki nasazlıqların yoxlanılması və aradan qaldırılması;
- İşçilərin təhvil-təslim prosesi zamanı onların öhdəliyində olan İT avadanlıqlarının yoxlanılması;
- İtirilmiş və silinmiş faylların bərpası;
- Gündəlik məlumatların arxivləşdirilməsi;
- İstifadəçilərin problemlərinin həll olunmasının təmin edilməsi.
Son müraciət tarixi: 05.12.2021