Supply chain Finance

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 21.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin məqsədi:

Faktorinq və invoys diskontlaşdırma məhsulları (ixrac və idxal faktorinqi də daxil olmaqla) çərçivəsində təhlilinə və kredit analitiklərinə məhsul sifarişlərinin tərtib edilməsində dəstəyin göstərilməsinə məsuliyyət daşıyır.

Vəzifə öhdəliyi:

  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq. 
  • Müştəri meneceri ilə mövcud və yeni müştəri təqibində birgə əməkdaşlığın edilməsi 
  • Müştəri tərəfindən təqdim olunan müqavilə və digər təsdiq edən sənədləri şərtlərinin maliyyə və hüquqi tərəfdən yoxlanılması
  • Müştərinin kredit analitiki ilə birgə ödəniş imkanı, ödəniş müddəti və limitlərini təhlil edərək  faktorinq limiti və sub-limitlərin müəyyən olunması 
  • Müştərinin debitor portfelinin keyfiyyətinin müəyyənləşdirilməsi
  • Limitin təsdiqinə əsasən maliyyələşmə üçün hesab-fakturanın yoxlanılması və hazırlanması
  • Təsdiq sənədlərini toplamaqla hesab-fakturaların təsdiq edilməsi
  • Faktorinq və İnvoys diskontlaşdırma hesabatlarının hazırlanması və təqdim edilməsi
  • İxrac və idxal faktorinq sifarişlərinin bütünlüklə təhlil edilməsi
  • Gec ödəmələri baş vermədən öncə qarşısını almaqla faktorinq portfelinin sağlamlığının tənzimlənməsi
  • Faktorinq monitorinqlərini və ödəniş dövrlərinin dəqiq izlənilməsinin həyata keçirilməsi
  • Hesablara gündəlik nəzarət edilməsi
  • Hesaba daxil olmuş vəsaitlərin öhdəliklərə silinməsini və ödəniş cədvəllərinin avtomatlaşdırılmış bank sistemində təsdiq edilməsi
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
  • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • Tələb olunan iş təcrübəsi: 1-3 il  
  • Xarici dillər: İngilis, Rus 
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Bank məhsulları

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi ünvanına 22.12.2021 tarixinədək başlıqda Təchizat Zənciri maliyyəşdirilməsiqeyd edərək [email protected] gödərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

site.company_rating