Beynəlxalq ticarət bankçılığı şöbəsinə aparıcı /baş mütəxəssis

İşin təsviri

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (iqtisadiyyat və maliyyə sahəsində ali təhsil arzu olunandır);
  • Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi; 
  • Yüksək analitik qabiliyyət;
  • Korporativ müştəri cəlb etmə (satış) təcrübəsi;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Biznes bankçılığı məhsulları haqqında məlumatlı olması;
  • Mükkəmməl Azərbaycan dili və İngilis dili bilikləri (Türk və Rus dillərini də bilməsi arzu olunandır).

Əsas vəzifələr:

  • Ticarətin maliyyələşdirilməsi üzrə alətlərə maraq göstərən potensial müştərilərin cəlb edilməsi;
  • Potensial müştərilərin ticarətin maliyyələşdirilməsi üzrə hansı alətlərə tələbatlarının olmasını müəyyənləşdirmək;
  • Ticarətin maliyyələşdirilməsi üzrə prosedurların, müqavilələrin və həmçinin digər işlək sənədlərin hazırlanması, razılaşdırılması və eyni zamanda təsdiqlənmək üçün təqdim edilməsi;
  • Ticarətin maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
  • İxrac və idxal akkreditivləri, bank qarantiyaları mətnlərinin hazırlanması və tərəflər ilə razılaşdırılması;
  • Sənədli əməliyyatlar ilə bağlı banka daxil olan tamamlanmış tələblərin yoxlanılması və rəy bildirilməsi;
  • Müştərilərin bank zəmanətləri, akkreditivlər, digər sənədli əməliyyatların, idxal öncəsi və  sonrası maliyyələşdirmə sorğularının emal edilməsi;
  • Müxbir banklar ilə və İxrac – Kredit Agentliyi ilə danışıqlıqların aparılması;
  • Müştəri Xidmətləri mütəxəssisləri ilə birlikdə sənədli əməliyyatların satışının təşkil olunması.

Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 31-dək öz CV formalarını [email protected] təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Beynəlxalq Ticarət Bankçılığı” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

site.company_rating