Kamera ürzə mütəxəssis

İşin təsviri

Əmək haqqı: 400-600 AZN + Bonus

İş barədə məlumat:

  • Təhlükəsizlik kameralarının quraşdırılması və dəstəklənməsi;
  • Təhlükəsizlik sisteminə aid olan bütün kameraların görüntülərini daima təkmilləşdirilməsi;
  • İP kameralarla şəbəkə bağlantısının qurulması;
  • Xarici və daxili internet çıxışlarını təmin edilməsi və fəaliyyətinə nəzarət edilməsi;
  • LAN, WAN və WIFI şəbəkələrinə nəzarət edilməsi;
  • İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həll edilməsi;
  • Ümumi sistem və tətbiqi proqram vasitələrinin (əməliyyat sistemləri, ofis proqramları və s.) qurulması və düzgün işləməsinə nəzarət edilməsi;
  • Şöbə rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Təhsil:Ali və ya orta təhsil;
  • Dil bilikləri: Rus dili (əla), İngilis dili (arzu olunan);
  • Kamera avadanlıqlarının quraşdırılması bacarığı;
  • Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
  • Kamera sisteminin qurulması və texniki baxış prinsipini bilməli;
  • Məsuliyyətlilik, diqqət və dəqiqlik;
  • İşdə yeniliklər tətbiqetmə və ünsiyyət qurma bacarığı.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: gün ərzində 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayan iş rejimi;
  • Karyerada inkişaf imkanları.

Müraciət etmək istəyən namizədlər CV formalarını mövzu hissəsinə “Kamera ürzə mütəxəssis” qeyd edərək [email protected] göndərə bilərlər.

site.company_rating