Biznes-proseslərin optimallaşdırılması şöbəsinə mütəxəssis

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 11.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

  • Biznes və dəstəkləyici proseslər (mövcud və yeni) üzrə qrafik təsvirləri hazırlamaq;
  • Bankın biznes və dəstəkləyici proseslərini mütəmadi olaraq təhlil etmək, optimalllaşdırma və təkmilləşdirmə ilə bağlı təkliflər hazırlamaq;
  • Biznes və dəstəkləyici proseslər üzrə kənarlaşmanın aradan qaldırılması fəaliyyətində iştirak etmək;
  • Dəyişdirilən və ya yeni yaradılan biznes proseslər üzrə təlim materiallarının hazırlanması;
  • Biznes və dəstəkləyici proseslərlə bağlı daxili normativ sənəd layihələrini müstəqil və ya aidiyyəti struktur bölmələrlə birlikdə hazırlamaq;
  • Şöbəyə aid inzibati işlərin aparılmasında iştirak etmək,  Departamentin rəhbərliyinin tapşırıqları əsasında departamentin və şöbənin fəaliyyəti prosesində meydana çıxan hər hansı digər funksiyaları icra etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (İqtisadi sahədə təhsil üstünlükdür);
  • Yüksək səviyyədə MS Office proqramlarında ( Xüsusilə MC Power Point, MC Visio)  işləmək bacarığı olan;
  • Bank kredit və qeyri-kredit məhsullarını yaxşı tanıyan;
  • İnduktiv və analitik təhlil bacarığı olan;
  • Təqdimetmə bacarığlı olan;
  • Layihələrin idarə edilməsi üzrə təcrübəli;
  • Komandada işləmək bacarığı olan;
  • Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Biznes-proseslərin optimallaşdırılması şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. 

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

site.company_rating