Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir
Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir
Problemli kreditlərlə bağlı məhkəmə və digər orqanlarının icrasını təmin etmək
İcra orqanları ilə əlaqədar olaraq borclunun iş yerinin müəyyən edilməsini təmin etmək
Borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə icra məmurları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanlarına sorğuların verilməsini təmin etmək və s.
İşlər üzrə birinci və apellyasiya instansiya məhkəmələrində Bankı nümayəndə qismində təmsil edir
Hüquq mühafizə orqanları və şöbənin icraatında olan işlərin xüsusiyyətindən asılı olaraq digər idarə və təşkilatlarla münasibətlərdə Bankı təmsil edir
Hüquq mühafizə orqanlarından Banka daxil olan sorğu və müraciətlərə baxır və qanunvericiliyə müvafiq cavablar hazırlayır.