Biznes analitik

  • Landau School
  • Elanın qoyulma tarixi: 04.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət daxilində müvafiq funksiyalar ilə görüşlərin keçirilməsi, biznes proseslərin analiz edilməsi,  təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və həll yollarının təklif edilməsi;
  • Şirkət daxilində icra olunması planlaşdırılan proqram təminatları üzrə texniki və funksional tələblərin formalaşdırılması mərhələsində müzakirələrdə aktiv iştirak etmək;
  • Biznes tərəfindən daxil olan tələblərin analiz olunması və prioritetləşdirilməsi;
  • Biznesin tələblərinə əsasən texniki tapşırıqların formalaşdırılması;
  • Texniki tapşırıqları IT və ya tərəfdaş 3-cü tərəflərlə müzakirə etmək və qoyulmuş tələblərin həyata keçirilməsinin mümkünlüyünü təmin etmək;
  • Layihələrin texniki tapşırıqlara uyğun olaraq icrasına nəzarət etmək və müvafiq testlərin aparılmasında dəstək göstərmək;
  • Istifadəçilər üçün istifadə təlimatlarınının hazırlanması;
  • İstifadəçilər üçün təlimlərin keçirilməsi;
  • Müxtəlif təqdimatların və hesabatların hazırlanması.

Tələblər:

  • İnformasiya Texnologiyaları, Biznesin İdarə edilməsi, İqdisadiyyat sahəsi üzrə təhsil;
  • Biznes analist, IT biznes analist, konsultant və ya əlaqəli sahələrdə 2 illik iş təcrübəsi;
  • IT layihələrinin tətbiq edilməsində təcrübə;
  • Analitik düşüncə və problem həll etmək bacarığı,
  • Yaxşı ünsiyyət və təqdimat bacarığı;
  • Layihələrin idarəolunması üzrə metodologiyalar ilə ilkin tanışlıq;
  • MS Project, MS Visio, MS Office proqram təminatlarını yaxşı bilmək;
  • Azərbaycan, İngilis və Rus dillərini bilmək.

İş şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Maaş: razılaşma əsasında 

Maraqlı olanlar CV-ni “Biznes analitik" başlığı ilə göndərə bilər.

Email: [email protected]

 

site.company_rating