Korporativ satış meneceri

  • Star Group
  • Elanın qoyulma tarixi: 30.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender axtarışı
  • Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analizi
  • Müştəri şirkətlərdən rəqiblər və qiymətləri haqqında informasiyaların alınması
  • Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatların əldə edilməsi və rəhbərliyə bildirilməsi
  • Müştəri ilə görüşmələr və təqdimatların keçirilməsi
  • Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri ziyarətlərinin planlanması
  • Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və randevuların təyin olunması
  • Müştəri ziyarəti, təqdimatın edilməsi və təkliflərin verilməsi
  • Ziyarət nəticələrinin izlənilməsi
  • Sifarişlərin icra olunması
  • Qiymətlər və endirim şərtləri müəyyənləşdikdən sonra müştəriyə təklifin göndərilməsi
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
  • Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması
  • Maliyyə sənədlərinin müştəriyə göndərilməsi
  • Müştəri ödəmələrinin izlənilməsi

Namizədə tələblər:

  • Ali təhsil
  • İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi və korporativ satış sahəsində 5 illik iş təcrübəsinin olması
  • Yaş həddi - 27-40
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli 
  • Ms. Office proqramlarını yüksək səviyyədə bilməli
  • İdarəetmə qabiliyyətli, məsuliyyətli və güclü analitiklik bacarığı
  • Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli
  • Müştəriyönümlü satış etmək bacarığının olması

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.
 
Namizədlərdən öz CV-lərini [email protected] email ünvanına müraciət edilən vakansiyanın adı qeyd olunmaqla göndərmələri xahiş olunur