Təlim və İnkişaf mütəxəssisi

  • MSDIS Holding
  • Elanın qoyulma tarixi: 27.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • İşçilərə xidmət qaydaları haqqında ətraflı izah etmək
  • İşçi heyyətinə aylıq, rüblük testlərin keçirilməsini təmin etmək
  • Yaranan vakansiyaların vəzifə öhdəliklərini yazılmasını təmin etmək
  • Daxili və korporativ təlimləri keçirilməsini təmin etmək
  • Təlim və inkişaf proqramlarının hazırlanması və genişləndirilməsi üçün müvafiq işlərin görülməsini təmin etmək
  • Şöbənin fəaliyyət sahəsinə aid korporativ sənədlərin və müvafiq qaydaların hazırlanmasında və tətbiqində iştirak etmək
  • Təlim proqramlarının və təlimçilərin effektivliyinin qiymətləndirilməsi, təkmilləşmə üçün tövsiyələri vermək
  • İşçilərinin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək və nəticələr üzrə tədbirlər görmək
  • Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən, maddi motivasiya planlarını, karyera inkişaf planlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
  • İşçilərin peşəkarlığını və fərdi keyfiyyətlərini inkişaf etdirmək
  • Xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi proseslərinin nəticələrinə əsasən meydana çıxmış inkişaf ehtiyaclarına, həmçinin, struktur bölmələr tərəfindən edilən müraciətlərə əsasən işçilərin inkişaf ehtiyacları ilə əlaqədar təhlillər aparmaq və zəruri tədbirləri görmək
  • Təsdiqlənmiş təlim planını icra etmək
  • Şirkət üzrə əsas fəaliyyət göstəriciləri metodikasının hazırlanmasında və tətbiqində iştirak etmək
  • Şirkətdaxili mədəniyyətin formalaşdırılması və aşkar edilmiş problemlərin aradan qaldırılması məqsədilə daim təşəbbüslər irəli sürmək, təşəbbüslərdən irəli gələn zəruri tədbirlər planını hazırlamaq, icra etmək və nəticələrini təhlil etmək
  • İnsan resurslarının idarəedilməsi üzrə daim innovativ yanaşmalar tətbiq etmək, dünya üzrə digər şirkətlərin təcrübələrini öyrənmək və yeniliklərlə bağlı təkliflər vermək

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 2-5 il iş təcrübəsi;
  • Azərbaycan dili - əla, Rus və İngilis dili üstünlükdür
  • MS Office proqramı üzrə biliklərə sahib olmalı;
  • Ofis texnikasından istifadə bacarığı;
  • Stressə davamlı, diqqətcil, məsuliyyətli, komandada işləmə bacarığı, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00;
  • İş yeri: Nərimanov rayonu
  • Əlaqə nömrəsi: 051-201-21-43, 051-201-21-97.

Maraqlanan namizədlər öz CV-lərini [email protected] emailin mövzu hissəsində “Təlim və İnkişaf mütəxəssisi” qeyd edərək göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.