Mağaza meneceri

  • Emsa Baku
  • Elanın qoyulma tarixi: 25.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • 25-45 yaş həddi;
  • Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı;
  • Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
  • Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
  • Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalı;
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
  • İşgüzar ünsiyyət və danışıqlar aparılması, kollektiv idarə etmə bacarıqlarının olması;

Vəzifə öhdəlikləri:

  • Satış departamentinin iş prinsiplərinə uyğun olaraq mağazanın işinə nəzarət etmək;
  • Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və nəticələrin departament rəhbərinə təqdim olunması;
  • Mağazanın satış planının icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi ilə birbaşa rəhbəri ilə daimi əlaqədə olmaq;
  • Kooperativ müştərilərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər vermək;
  • Satış komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
  • Mağazanın işçilərinin işinin ilkin qiymətləndirməsini apararaq departament rəhbəri ilə müzakirə olunması;
  • Satış ilə əlaqədar qərarların verilməsi prosesində iştirak etmək;
  • Satış planına uyğun olaraq işçilər arasında iş bölgüsünün aparılması, iş qrafiklərinin və ya işçilərin iş rejiminin planlaşdırılması
  • İşçinin iş prosesinin nəzarətdə saxlanılıb izlənməsi
  • Rəhbər tərəfindən vəzifə icrası ilə bağlı digər tapşırıqlar• Bazar araşdırmaları aparılması və müştəri ehtiyaclarının məyyənləşdirilməsi;
  • Satış analizlərinin həyata keçirilməsi və rəqiblərlə müqayisəli analizlərin aparılması;
  • Satış kampaniyalarının təşkil edilməsi;
  • Rəqib şirkətlərin qiymət və satış strategiyaları barədə təhlillərin aparılması.
  • Müştərilərlə işgüzar danışıqların və satışın həyata keçirilməsi
  • Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması
  • Rəhbərliyin tələb etdiyi hesabatların vaxtında hazırlanıb təhvil verilməsi

İş şəraiti:

  • İş saatı Əmək qanunvericiliyinə uyğun tənzimlənir.
  • İş yeri şəhərin mərkəzində yerləşir
  • İşə qəbul Əmək Qanunvericiliyinə uyğun olaraq həyata keçirilir

Uyğun namizədlər şəkilli CV-lərini Mağaza meneceri başlığı ilə göndərə bilərlər. ( Xahiş edirik ki, ancaq uyğun namizədlər CV göndərsin)