Əmək funksiyaları:
• Layihə üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasını tərtib etmək;
• Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirmək;
• Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət etmək;
• Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak etmək, obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqları icra etmək;
• Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlamaq;
• Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişiklikləri etmək;
• Layihə-smeta sənədlərini lahiyə təşkilatları ilə razılaşdırmaya hazırlamaq;
Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədləri təqdim etmək;
• Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planını hazırlamaq, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq və illik hesabatları tərtib etmək.
Namizədə olan tələblər:
• Ali təhsil;
• Minimum 3 il inşaat sahəsi üzrə ümumi təcrübə, minimum 2 il Smeta mühəndisi kimi iş təcrübəsi;
• Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
• Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki normativ sənədləri;
• Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.
İş şəraiti:
• 6 günlük iş həftəsi;
• Əmək haqqı 1500 manat + ( namizədin bilik bacarığına əsasən )
Vakansiyaya müraciət üçün “Smeta üzrə mühəndis” mövzusu ilə [email protected] e-mail ünvanına CV göndərməyiniz xahiş olunur.