Namizədə tələblər:
• Bu sahədə 1 ilə qədər iş təcrübəsi (karqo və logistika üzrə təcrübəsi mütləqdir)
• Satış prossesləri və ümumi prinsiplərini anlamaq;
• Bazarı təhlil etmək bacarığı;
• Danışıqların aparılması bacarığı;
• Satış sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı;
• Logistik əməliyyatlar üzrə nəzəri və praktiki biliklərin olması;
• Dil bilikləri: Rus dili, İngilis dili-arzu olunandı;
• MS Office proqramları;
• Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.
Vəzifə öhdəlikləri:
• Korporativ müştərilər bazası ilə işləmək;
• Yeni və mövcud müştərilər üçün rəhbərliklə razılaşdırılmış qiymət siyasəti əsasında kommersiya təkliflərini hazırlamaq;
• Sifarişləri qəbul etmək və qeydiyyata almaq;
• Müştərilərdən gələn müxtərlif sorğuları cavablandırmaq;
• Müştərilərə yeni xidmətlər, yeni kampaniyalar haqqında məlumat vermək;
İş şərtləri:
• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı müsahibə əsasında
• İş vaxtı: həftə içi 5 gün
• İstirahət günləri: şənbə,bazar, bayram günləri
Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.