Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:
• Göyçay
• Ağsu
• Lənkəran
• Xaçmaz
• Cəlilabad
• Quba
• Gəncə
• Masallı
• Qax
• Şəmkir
Görəcəyiniz işlər:
• Filial müdiri və baş mühasibin iştirakı ilə mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
• Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və bankın daxili qayda və prosedurlarına riayət edilməsi;
• Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
• Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
• Bankın ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması.
Bizim üçün ideal namizəd:
• Ali iqtisadi təhsili olan;
• Komandada işləmək bacarığı olan;
• Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti olan;
• Riyazi hesablama aparmaq qabiliyyəti olan;
• İşdə dəqiqlik və detallara fikir verməkvə yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Xəzinədar(Region adı)” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.