Kredit üzrə arxa ofis mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

• Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
• Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
• Qanunvericilik, bankdaxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək;
• Kredit qovluğu və onun elektron fotosurətini yaratmaq;
• Bankdaxili sənədləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri və daxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
• Azərbaycan dili əla (yazılı və şifahi);
• Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində Kredit üzrə arxa ofis mütəxəssisi şəklində qeyd edərək 15 oktyabr 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

site.company_rating