Daxili Auditor

  • Avrora
  • Elanın qoyulma tarixi: 04.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin qısa təsviri:

• Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını həyata keçirmək;
• Audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.);
• Risklərin qiym-si və risklərin idarə edilməsində prosedurların tətbiqinin effektivliyinin yoxlanılması;
• Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
• Daxili nəzarət mühitinin qiymətləndirilməsinə dair tapşırıqların yerinə yetirilməsi;
• Audit layihəsi üzrə hesabatın hazırlanmasında şöbə rəhbərinə dəstək göstərmək;

Vəzifələr:

o Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq;
o Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
o Korporativ idarəetmənin qiymətləndirilməsilə bağlı testlər aparmaq və tapşırıqları yerinə yetirmək;
o Daxili nəzarət mühitinin qiymətləndirilməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək;
o Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy bildirmək;
o Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq;
o Mənimsəmə və saxtakarlıq hadisələrinin araşdırılmasında Departamentin adından iştirak etmək;
o Departament büdcəsinin hazırlamasında iştirak etmək;
o Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;
o Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.

Sahə üzrə bilik və bacarıqlar:

o Daxili audit qaydalarını bilməli;
o Risklərin idarəedilməsi (o cümlədən, müxtəlif sahələrdə (marketinq, logistika, istehsalat və s.) iş təcrübəsinə malik olmalı);
o BMHS (o cümlədən, maliyyə konsolidasiyası);
o İqtisadi sahədə qanunvericiliyi bilməli;
o Mənimsəmə və saxtakarlığın idarəedilməsini;
o Korporativ idarəetməni;
o Logo Tiger ERP üzrə biliklər.

Tələblər:

o Ali təhsil (Mühasibat uçotu və audit,idarəçilik, iqtisadiyyat, maliyyə );
o 2 ildən çox iş təcrübəsi (Mühasibatlıq/Maliyyə/Audit)
o Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
o Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməli və tətbiqi təcrübəsi olmalı;
o Vergi Məcəllələrini bilməli;
o Vergi Məcəlləsinin praktiki tətbiq edilməsində təcrübəsi olmalı;
o Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
o MS Office

İş şərtləri:

o Həftədə 5 iş günü;
o İş vaxtı: 09:00-dan 18:00-dək;
o İş yeri: Dərnəgül qəsəbəsi;
o Nahar şirkət tərəfindən təmin olunur;
o Əmək haqqı müsahibə nəticəsinə əsasən təyin ediləcək.

Biz nə təklif edirik:

o Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
o Təlim və inkişaf proqramlarının geniş çeşidi;
o Mükəmməl peşəkar komanda və mehriban mühit;
o Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili Auditor” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

site.company_rating